İQTİSADİYYAT9.12.2022 07:00

Vergi sistemində islahatlarla bağlı məlumatlandırma kampaniyası başlayacaq

229

Vergiödəyiciləri ilə qarşılıqlı etimadın artırılması və vergi siyasətinin müəyyənləşdirilməsində ictimai əməkdaşlığın iştirakı, dövlət-biznes münasibətlərində aydın münasibətlərin qurulması vergi orqanlarının daim diqqət mərkəzindədir.

Dövlət Vergi Xidməti xəbər verir ki, bu münasibətlər vergi orqanları ilə biznes strukturları arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində və vergiödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verir.

Bununla yanaşı, vergi sistemində islahatlarla bağlı böyük bir məlumatlandırma kampaniyasının aparılması, işgüzar cəmiyyəti, biznesi narahat edən məsələlərlə bağlı təkliflərin alınması (“feedback” sistemi) məqsədilə müvafiq sorğuların keçirilməsi nəzərdə tutulur.

Hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu çərçivəsində qurulan bu əməkdaşlıq milli vergi sisteminin daha da irəli aparılması və iqtisadi islahatların təşviqinə xidmət edəcək.

YUXARI