İQTİSADİYYAT17.3.2023 11:21

Vejnəli qızıl yatağında təhvil-təslim işləri başa çatdırılıb

1802

Vejnəli qızıl yatağında təhvil-təslim işləri başa çatdırılıb. Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağında mövcud qızıl emalı zavodu və digər yardımçı istehsalat vasitələrinin "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" Şirkətinə verilməsi məqsədilə monitorinq və təftiş işləri, habelə təhvil-təslim işləri başa çatdırılıb.

Qeyd edək ki, Vejnəli qızıl yatağı Zəngilan rayonunun Vejnəli kənd inzibati ərazisində yerləşir. Ermənistan işğalı dövründə bu ərazidə kimyəvi terrorizm üzrə qruplar fəaliyyət göstərirdi. Həmçinin Ermənistan kənd ərazisində yerləşən qızıl yataqlarını bu illər ərzində qeyri-qanuni istismar edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

YUXARI