XƏBƏRLƏR26.9.2023 13:45

USAID-in rəhbəri Azərbaycana gələcək

2257

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) başçısı Samanta Pauer Azərbaycana səfər edəcək.

Trend xəbər verir ki, onun yaxın günlərdə Bakıya səfər edəcəyi gözlənilir.

Səfər zamanı Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, hazırda Samanta Pauer Ermənistandadır. O, sentyabrın 25-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

YUXARI