MƏDƏNİYYƏT25.9.2021 16:20

UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqlar aparılır - Nazir

628

Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb. Trend xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir deyib: “Məsələ hazırda bizim tərəfimizdən UNESCO-nun diqqətinə çatdırılıb. Biz onlardan bu məsələyə ədalətli və qərəzsiz mövqe gözləyirik. Gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, missiyanı sırf öz mandatına uyğun olaraq həyata keçirəcək. Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. İstərdik ki, Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktları araşdırılsın və bütün dünya buna qiymət versin. Ona görə də belə bir missiyanın keçirilməsinin Azərbaycan hər zaman tərəfdarı olub. Biz gözləyirik ki, UNESCO da bu məsələyə eyni həssaslıqla yanaşsın”.

YUXARI