GÜNDƏM14.12.2022 08:20

"Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu" mövzusunda beynəlxalq konfrans keçiriləcək

12291

Azərbaycan Vətəndaş Hərəkatının təşkilatçılığı ilə

“Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu” adlı beynəlxalq konfransın

P R O Q R A M I

(hibrid şəkildə)

Bakı şəhəri                                                                                                           26 noyabr 2022-ci il

                                                                                                                              saat 14:00 (Bakı vaxtı ilə)

Açılış:

Hacı Həsənov - AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, dosent, Azərbaycan Vətəndaş Hərəkatının İH üzvü

Jalə Əhmədova - Millət vəkili

Ceyhun Məmmədov - Millət vəkili

Vüqar Bayramov - Millət vəkili

Mübariz Göyüşlü – AVH-nin İcraçı direktoru, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri, BDU-nun müəllimi

Aygün Bağırlı – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent, filologiya üzrə fəlsəfə doktoru

Əhməd Niyazov – Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru 

Elmi məruzələr:

Camal Mustafayev – ADNSU-nun professoru, tarix elmləri doktoru - Şuşanın yaranma tarixi

Mübariz Ağalarlı - AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent, Azərbaycan Vətəndaş Hərəkatının İH üzvü - Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Şuşa və Bakı Bəyannamələrinin rolu

Namiq Musalı - Prof. Dr. Türkiyənin Kastamonu Universiteti - Qacarlar dövrünə aid bəzi farsdilli mənbələrdə Şuşa şəhərinin təsviri

Məhəmməd Cəbrayılov – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü - Şuşalı ictimai-siyasi xadimlərin Azərbaycan mədəniyyətinə təsiri

Bəxtiyar Həsənov - AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü - Şuşa şəhərində yaradılmış ədəbi-bədii məclislərin şəhərin mədəni həyatına təsiri

Taleh Cəfərov - ADPU-nun Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü - 1918-1919-cu illərdə Şuşada keçirilən erməni qurultayları və onların AXC üçün nəticələri

Faiq Ələkbərli - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmiişçisi, fəlsəfə üzrə fəlsəf doktoru, dosent - Yusif Vəzir Çəmənzəminlinin milli fəlsəfə tarixi və ictimai-fəlsəfi görüşləri

Çıxışlar:

Fuad Hüseynzadə – Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri

Dr.Entela Muço - Albaniya Azərbaycan Dostluq, Elm və Mədəniyyət Dərnəyinin rəhbəri, Türkiyə tarixi üzrə araşdırmaçı

Rafail Qəribli – professor, Rusiyanın Məhkəmə Tikinti və Texniki Ekspertiza İnstitutu, texniki elmlər doktoru, Türk Kültür Platformasının sədr müavini, politoloq

Mikayıl Oyta - Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti

Gülnarə Əliyeva - Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin mətbuat katibi, türkoloq

Zaman Bajwa - Pakistanın Kəşmir Gənclər Forumunun icraçı direktoru, tanınmış jurnalist - Pakistanlı jurnalistin Şuşa arzuları

Sənəm Əli - Estoniyada "Karyera" Təhsil Akademiyasının rəhbəri

Reqlament: Çıxışlar üçün 3-5 dəq, elmi məruzələr üçün 5-8 dəq vaxt ayırlır.

 

Şuşanın türk mədəniyyətindəki rolu barədə beynəlxalq konfrans keçirilib

Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə “Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, dosent Hacı Həsənov açaraq Azərbaycanda “Şuşa İli”nin elan olunmasından, bu istiqamətdə görülən işlərdən, ziyalıların fəaliyyətindən bəhs edib. O, azərbaycanlı alimlərin Şuşa ilə bağlı önəmli işlərə imza atdıqlarını söyləyib.

Millət vəkili Ceyhun Məmmədov qalib xalq olaraq qələbəni daha da möhkəmləndirməyin zəruri olduğunu vurğulayıb. Tarixdən nəticə çıxarmalı olduğumuzu deyən C.Məmmədov Azərbaycanın xilasının Türk Dünyasının birliyində olduğunu qeyd edib.

Millət vəkili Vüqar Bayramov Şuşanın Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Şuşa ilə bağlı Milli Məclisdə ayrıca qanun qəbul edildiyini xatırladan V.Bayramov azad edilən ərazilərimizin bərpasına milyardlarla manat vəsait ayrıldığını açıqlayıb.

Millət vəkili Jalə Əhmədova Türk Dünyasınıda Şuşanın böyük önəminin olduğunu vurğulayıb. O, Azərbaycan və Türkiyə münasibətlərindən, strateji müttəfiqliyindən də bəhs edərək, belə konfransların daha çox keçirilməli olduğunu qeyd edib.

Azərbaycan Vətəndaş Hərəkatının İcraçı direktoru, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü əsasən ziyalıların təmsil olunduğu Hərəkatın yarandığı 3 il ərzində gördüyü işlərdən, keçirdiyi tədbir, görüş, səfərlərdən söz açıb. O, Şuşa və Qarabağla bağlı AVH sıralarında olan alimlərin, araşdırmaçıların maraqlı çıxış, kitab, məqalə və s. hazırladığını da diqqətə çatdırıb.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy şəhidlərin qanı ilə suvarılmış azad edilən torpaqları göz bəbəyi kimi qorumalı olduğumuzu vurğulayıb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Şuşa şəhərini türk əsrinin dirçəliş rəmzi kimi xarakterizə edib.

Şuşanın qürur məsələsi olduğunu deyən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı bayrağımızın şəhərdə dalğalanmasından fəxr hiss keçirdiyini açıqlayıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Əhməd Niyazov tarixi həqiqətlərin arxivlərdə olduğunu deyərək, qiymətli tədqiqatları beynəlxalq aləmə çıxartmaq lazım olduğunu söyləyib.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə “Şuşa İli” çərçivəsində gördükləri işlərdən danışıb. O, xaricdə bu istiqamətdə daha çox təbliğat aparmağın vacib olduğunu söyləyib.

Çıxışlardan sonra elmi məruzələr təqdim olunub.

ADNSU-nun professoru, tarix elmləri doktoru, professor Camal Mustafayev “Şuşanın yaranma tarixi” mövzusunda məruzə edib. 20 ildir Şuşanı, onun tarixini araşdırdığını deyən professor şəhərin Pənahəli xanın adıyla bağlı olduğunu vurğulayıb. O, Şuşanın məhəllələri, adının mənşəyi barədə fikirlərini bölüşüb. Şuşanı formalaşdıran tayfalar haqqında danışan C.Mustafayev Qarabağ xanlığının Rusiya tərəfindən işğaldan sonrakı tarixindən də bəhs edib.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı “Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Şuşa və Bakı Bəyannamələrinin rolu” mövzusunda məruzə edib. O, Qarabağ münaqişəsi barədə fikirlərini çatdırdıqdan sonra 10 noyabr 2020-ci ildə imzalanan Bəyanata toxunub. Daha sonra M.Ağalarlı Şuşa Bəyannaməsinin regionda yeni geosiyasi reallıq yaratdığını açıqlayıb, Azərbaycan-Türkiyə müttəfiqliyindən bəhs edib.

Türkiyənin Kastamonu Universitetindən prof.dr. Namiq Musalı “Qacarlar dövrünə aid bəzi farsdilli mənbələrdə Şuşa şəhərinin təsviri” mövzusunda məruzəsini videoformatda təqdim edib. O, farsdilli mənbələrdə Şuşa şəhəri ilə bağlı olan məqamları diqqətə çatdırıb. N.Musalı Şuşa və İrəvan şəhərlərinin Azərbaycan aid olması ilə bağlı salnamalərdəki məqamları qeyd edib.

Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Şuşalı ictimai-siyasi xadimlərin Azərbaycan mədəniyyətinə təsiri” mövzusunda məruzə edib. Alim Şuşanın mədəniyyət mərkəzi kimi önəmli bir yerə sahib olduğunu qeyd edib. Şuşalı ictimai-siyasi xadimlərin fəaliyyətindən bəhs edən M.Cəbrayılov Əhməd bəy Ağaoğlu və digərləri haqqında fikirlərini çatdırıb.

Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov “Şuşa şəhərində yaradılmış ədəbi-bədii məclislərin şəhərin mədəni həyatına təsiri” mövzusunda məruzə edib. B.Həsənov ədəbi-bədii məclislər barəsində çıxış edib. O, Qarabağ musiqisi, Şuşa musiqi məktəbi haqqında da danışıb.

Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, ADPU-nun Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov “1918-1919-cu illərdə Şuşada keçirilən erməni qurultayları və onların AXC üçün nəticələri” mövzusunda məruzə edib. O, xarici qüvvələrin Qarabağdakı torpaqlarımızı ələ keçirmək istiqamətində cəhdlərindən danışıb. Tarixdə erməni-azərbaycanlı münaqişəsi haqqında faktlara toxunan T.Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdən də bəhs edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmiişçisi, fəlsəfə üzrə fəlsəf doktoru, dosent Faiq Ələkbərli “Yusif Vəzir Çəmənzəminlinin milli fəlsəfə tarixi və ictimai-fəlsəfi görüşləri” mövzusunda məruzə edib. O, Çəmənzəminlinin geniş fəaliyyəti, onun müxtəlif şəhərlərdə gördüyü işlərdən bəhs edib. F.Ələkbərli şuşalı xadimlərə – Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli və digərlərinə həsr olunan tədbirlərin keçirilməsini vacib sayıb.

Albaniya Azərbaycan Dostluq, Elm və Mədəniyyət Dərnəyinin rəhbəri, Türkiyə tarixi üzrə araşdırmaçı, doktor Entela Muço Şuşa şəhərinin türk xalqları üçün tarixi əhəmiyyətindən, mədəni dəyərlərindən və s. çıxış edib.

Estoniyada fəaliyyət göstərən "Karyera" Təhsil Akademiyasının rəhbəri Sənəm Əli Azərbaycan mədəniyyətini Avropada təqdim etməyin çox vacib olduğunu söyləyib.

Azərbaycan Vətəndaş Hərəkatının İctimaiyyətlə əlaqələr üzrə kordinatoru Anar Salehoğlu Şuşa barəsində, ümummilli lider Heydər Əliyevin işğal olunmuş torpaqlarımız haqqında, İlham Əliyevin ərazilərimizi azad etməsi barəsində ətraflı bəhs edib.

Professor, Rusiyanın Məhkəmə Tikinti və Texniki Ekspertiza İnstitutu, texniki elmlər doktoru, Türk Kültür Platformasının sədr müavini Rafail Qəribli Şuşa şəhərinin perspektivi, gələcək inkişaf imkanları barəsində fikrini bildirib.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta təmsil etdiyi ölkənin Şuşa üçün yatırımlar etmək imkanlarından, Avstraliyada azərbaycanlıların ermənilərə qarşı aktiv fəaliyyət aparmasının vacibliyindən danışıb.

Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin mətbuat katibi, türkoloq Gülnarə Əliyeva Avropa ölkələrinə Azərbaycan haqqında daha çox məlumatın, kitabların, videoların verilməsini vacib sayıb.

Pakistanın Kəşmir Gənclər Forumunun icraçı direktoru, tanınmış jurnalist Zaman Bajva Şuşa barəsində, Pakistanda Azərbaycanı təbliğ etməsi haqqında, ölkəmizə olan sevgisi barəsində danışıb.

Tədbirin sonunda məruzəçilərə və çıxışçılara sertifikarlar verilib, xatirə şəkli çəkilib, konfransın materiallarının çap olunacağı, gələcəkdə də bu kimi tədbirlərin davam etdiriləcəyi bildirilib.

 

YUXARI