DÜNYA26.9.2023 10:00

Ümumçin Xalq Nümayəndələri Konqresinin nümayəndə heyəti Qazaxıstana səfər edəcək

1725

25-27 sentyabr 2023-cü il tarixlərində Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Konqresinin nümayəndə heyəti Qazaxıstana səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

Bildirilib ki, bu səfər iki ölkə arasında parlamentlərarası qarşılıqlı fəaliyyəti daha da genişləndirmək məqsədi daşıyır.

Səfər çərçivəsində Milli Məclisdə, Xarici İşlər Nazirliyində, Qazaxıstan Strateji Araşdırmalar İnstitutunda və Avrasiya Milli Universitetində görüşlər nəzərdə tutulub.

YUXARI