DÜNYA11.6.2024 13:00

Ukraynaya hərbi yardım göstərən 50-yə yaxın ölkənin generalı görüşəcək

2507

İyunun 13-də Pentaqonun rəhbəri Lloyd Austin Ukraynaya hərbi yardım göstərən ölkələrin aylıq toplantısını keçirəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.

Qeyd olunub ki, Ostin və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarli Braun Ukraynada davam edən böhranı və Kiyevə hərbi dəstəyi müzakirə etmək üçün Brüsseldə 50-yə yaxın ölkənin müdafiə naziri və generalının iştirakı ilə tədbir keçirəcək.

Tədbir iştirakçıları Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edəcəklər. Kiyevi və onu dəstəkləyən koalisiya ölkələrində hərbi sənayenin inkişafı da nəzərdən keçiriləcək.

YUXARI