DÜNYA18.9.2023 14:00

Ukrayna rusların Baxmuta gedən yolunu kəsdi

5840

Kleşiyevka kəndinin azad edilməsi ilə Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatlarını davam etdirməyə və torpaqlarımızı işğalçılardan azad etməyə imkan verəcək tramplin əldə etdi.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Şərq ordu qruplaşmasının mətbuat katibi İlya Yevlaş deyib.

Onun sözlərinə görə, bu yaşayış məntəqəsinin azad edilməsi Ukrayna müdafiəçilərinə düşmən üzərində bir sıra üstünlüklər verir:

"Hər şeydən əvvəl bu, Baxmut şəhərini müxtəlif növ təchizatla təmin edən logistika marşrutlarına nəzarətdir. Bu da bizə gələcəkdə düşmən sıralarına daha rahat irəliləməyə, artilleriya sistemlərindən və digər silahlardan istifadə edərək daha dəqiq və daha dərin atəş zərbələri endirməyə imkan verəcək".

Qeyd edək ki, Ukraynalı müdafiəçiləri dünən Donetsk vilayətinin Kleşiyevka kəndini azad ediblər.

YUXARI