Ukrayna prezidenti Volodimir Zelenski birinci müşaviri Sergey Şefiri vəzifədən azad edib.
Trend xəbər verir ki, bu barədə müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.
Qeyd edək ki, Sergey Şefir, həmçinin, Volodimir Zelenskinin köhnə dostu və biznes tərəfdaşı olub.
Bundan başqa, Zelenski bir sıra digər müşavir və səlahiyyətli nümayəndələrini də vəzifədən azad edib. Bunlar Ukrayna prezidentinin müşaviri Sergey Trofimov, ştatdankənar müşavirləri Oleq Ustenko və Mixail Radutski, Ukrayna prezidentinin könüllü fəaliyyət məsələləri üzrə səlahiyyətli nümayəndəsi Natalya Puşkareva və Ukrayna müdafiəçilərinin hüquqlarının təmin olunması məsələləri üzrə prezidentin səlahiyyətli nümayəndəsi Alyona Verbitskaya olub.