Türkiyənin ilk qırıcısı uçuş-enmə zolağına çıxıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tviterdə açıqlayıb.
“Milli döyüş təyyarəmizi martın 18-də anqardan çıxaracağıq demişdik. Təyyarəmiz bu gün uçuş-enmə zolağındadır”, - İ.Demir qeyd edib.