DÜNYA30.5.2023 20:37

Türkiyənin bir neçə dövlət şirkətinin satıla biləcəyi ilə bağlı iddialar təkzib olundu

4178

Türkiyənin bir neçə dövlət şirkətinin satıla biləcəyi ilə bağlı yayılan iddialar təkzib olunub.

Trend xəbər verir ki, Türkiyə Prezidentinin Kommunikasiya Müdirliyi nəzdində yaradılan "Dezinformasiya ilə Mübarizə Mərkəzi" bu barədə açıqlama yayıb.

"BOTAŞ, Türk Hava Yolları və Dövlət Dəmir Yolları satılacaq" iddiası doğru deyil. Sözügedən təşkilatlar heç bir ölkə və ya şirkətə satılmır", - deyə açıqlamada bildirilib.

Sözügedən şirkətlərin beynəlxalq nüfuza malik olduğu vurğulanıb və bu şirkətlərlə bağlı əsassız spekulyasiyalara etibar etməmək tövsiyə olunub.

Xatırladaq ki, Zəfər Partiyasının sədri Ümit Özdağ bu gün keçirdiyi mətbuat konfransında "Rəcəb Tayyib Ərdoğan THY, BOTAŞ və Dəmir Yollarını satmağa hazırlaşır", - deyə iddia səsləndirib.

YUXARI