İQTİSADİYYAT23.6.2022 15:00

Türkiyənin Bandırma limanından daşınan yüklərin həcmi açıqlanıb

3467

2022-ci ilin yanvar-may aylarında Türkiyənin Balıkesir şəhərində yerləşən Bandırma limanı 2 milyon 134 min 589 ton yük qəbul edib.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Bandırma limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 146 min 561 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 988 min 28 min ton yük daşınıb.

“2022-ci ilin yanvar-may aylarında Türkiyənin Bandırma limanında 1 997 ton tranzit yük aşırılıb”, - nazirlikdən bildirilib.

YUXARI