DÜNYA28.3.2023 03:00

Türkiyədə prezidentliyə namizədlərin imzatoplama prosesi başa çatıb

2827

Türkiyədə prezidentliyə namizədlərin imzatoplama prosesi başa çatıb. Trend xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu) məlumat yayıb.

Yüksək Seçim Qurumunun sədri Əhməd Yener deyib ki, prezident seçkilərində iştirak edəcək 4 namizədin namizədliyi dəqiqləşib. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan, CHP sədri Kemal Kılıçdaroğlu, Məmləkət Partiyasının sədri Məhərrəm İncə və “Ata İttifaqı”nın namizədi Sinan Oğanın prezidentliyə namizədliyinin müəyyənləşdirilməsinə qərar verildiyi bildirilib.

Türkiyədə prezident və parlament seçkiləri 2023-cü il mayın 14-də keçiriləcək.

YUXARI