DÜNYA18.3.2023 17:00

Türkiyədə prezident və parlament seçkiləri kampaniyası başlayır

688

Bu gün Türkiyədə prezident və parlament seçkiləri üzrə kampaniyaya start verilir.

Trend Türkiyə KİV-nə istinadən bildirir ki, Ali Seçki Şurası (MSK) seçki təqvimini təqdim edib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın 19-dan 23-dək davam edəcək.

Namizədlərin siyahısı martın 31-də dərc olunacaq və bundan sonra onlar rəsmən seçki təbliğatına başlaya biləcək.

Seçkilərdə iştirak edəcək partiya və koalisiyalar namizədlərinin siyahısını martın 24-ü, günün sonuna qədər MSK-ya təqdim olunmalıdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərin 14 mayda keçirilməsi ilə bağlı qərar imzalayıb.

YUXARI