DÜNYA16.5.2021 03:00

Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb

97

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 236 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 44 537 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 11 472 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 106 862 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 38 814 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 932 838 nəfər təşkil edir.

YUXARI