DÜNYA18.9.2023 21:00

Türkiyədə 79 nəfərin ölümünə səbəb olan terrorun təşkilatçıları məhv edildi

2721

Türkiyə təhlükəsizlik orqanları və jandarması 79 nəfərin şəhid olduğu, 339 günahsız insanın yaralandığı terror aktlarının təlimatlarını verən iki terrorçunu məhv edib.

Trend xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

"Bu caniləri zərərsizləşdirən qəhrəmanlarımızı təbrik edirəm. Son terrorçu məhv edilənə qədər o xainləri doğulduqlarına peşman edəcəyik. Hər an ənsələrindəyik, hamısının nəfəsini kəsəcəyik", - deyə nazir vurğulayıb.

YUXARI