DÜNYA13.10.2021 20:30

Türkiyə: Rusiya əməl etmədi, özümüz girəcəyik

704

Rusiya və ABŞ Suriyanın şimalında kürd hərbi birləşmələrinin təmizlənməsiylə bağlı öhdəliklərini icra etməyib.

Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Son zamanlar biz PKK/YPG-nin hücumlarının artmasını görürük. Terrorçular 30 kilometr məsafədə bizim ərazilərimizə atəş açırlar. Bizim Rusiya və ABŞ-la razılaşmamız var idi ki, onlar 30 kilometr məsafədə terrorçuları təmizləyəcəklər. Lakin onlar sözlərini tutmadılar. Biz nə etməliyik? Özümüz öz problemlərimizi həll etməliyik. Biz öz təhlükəsizliyimiz üçün bu rayonları terrorçulardan təmizləməyə hazırıq” – deyə o bildirib.

YUXARI