İQTİSADİYYAT6.6.2024 20:00

Türkiyə Özbəkistanın dördüncü ən böyük ticarət tərəfdaşıdır

8363

Türkiyə ilə Özbəkistan arasında ticarət əlaqələri sürətli inkişaf tempi ilə davam edir.

Trend xəbər verir ki, 2 ölkə arasında 2020-ci ildə 1 milyard 242 milyon dollar olan ticarət həcmi ötən il 3,1 milyard dollara çatıb.

Hazırda Türkiyə Özbəkistanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. Ötən il Türkiyənin Özbəkistana ixracı 1 milyard 851 milyon 200, idxalı isə 1 milyard 248 milyon ABŞ dolları olaraq hesablanıb. İki ölkə arasında 3 milyard dollar olan illik ticarət həcminin ilk mərhələdə 5 milyard, sonrakı mərhələdə isə 10 milyard dollara çatdırılması hədəflənir.

YUXARI