MEDİA və QHT28.5.2023 23:10

Türkiyə mediası: "Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi"

164

Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyip Ərdoğanı prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etməsinə Türkiyə mediasında geniş yer verilib.

Trend xəbər verir ki, Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırılıb. Türkiyə mediası prezident Əliyevin təbrikini " Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi" başlığı ilə yayıb.

Türkiyə mediası Prezident İlham Əliyevin Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsini də xüsusi vurğulayıb.

YUXARI