Türkiyə 2022-ci ilin yanvar-may aylarında Gürcüstana dəri məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 53,9 faiz artıraraq 5,4 milyon dollara çatdırıb.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.
May ayında Türkiyə Gürcüstana dəri məhsulları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 28,2 faiz artıraraq 869 min dollara çatdırıb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz artaraq 807 milyon dollara bərabər olub.