CƏMİYYƏT29.5.2023 04:00

"Türkiyə əsri"ni bərabər inşa etməyə davam edirik - Ərdoğan

3182

"Türkiyə əsri"ni bərabər inşa etməyə davam edirik.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.

"Prezident seçkilərin ikinci turu heç bir problem yaşanmadan sona çatdı.Ğlkəni idarə məsuliyyətinə bizi təkrar layiq olan millətimə minnətdarlığımı bildirirəm 14 May və 28 mayda seçimi nə olur olsun, seçkidə iştirak edən hər kəsə təşəkkür edirəm", - deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildi.

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gəldi. Seçkidə Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs topladı.

Xatırladaq ki, bu gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib.

Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edib.

YUXARI