CƏMİYYƏT28.5.2023 23:45

Türk xalqı xoşbəxt və parlaq gələcəyə səs verdi - Ceyhun Məmmədov

1607

Türk xalqı xoşbəxt və parlaq gələcəyə səs verdi. Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Türkiyə bütün dünyaya növbəti dəfə demokratiya dərsi keçdi.

“Türkiyəni İraqa və Suriyaya çevirmək istəyənlərin arzusu ürəyində qaldı. Türkiyə daha da güclənəcək, daha da inkişaf edəcək. Gözün aydın olsun Türkiyəm!”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, bu seçkini Türkiyə qədər Azərbaycanda həyəcanla izləyirdi.

“Bu seçkidə təkcə Türkiyə deyil, Azərbaycan da qazandı. Bu gündən sonra əlaqələrimiz hər iki ölkə liderinin güclü səyləri nəticəsində daha da inkişaf edəcək. Biz qələbəyə inanırdıq! Yaşasın Azərbaycan Türkiyə dostluğu və qardaşlığı! Dostluğumuz və qardaşlığımız əbədi və sarsılmazdır!”, - deyə deputat əlavə edib.

YUXARI