DÜNYA15.5.2021 12:00

Türk ordusu burdan çıxmayacaq - Tatar

6

Türkiyə əsgəri Kiprdən çıxmayacaq, Türkiyənin qarant rolu həmişə qalacaq. Axar.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ərsin Tatar deyib.

"Cənubi Kipr-Afina cütlüyü ilə BMT və Avropa İttifaqının (Aİ) Türkiyənin qarant rolunun ləğv edilməsi, türk əsgərlərinin Şimali Kiprdən çıxarılması və ittifaqın Şimali Kiprdə təhlükəsizliyi təmin etməsi tələbi indi daha yaxşı anlaşılır. Ancaq dünya bunu bilməlidir ki, Türkiyənin qarant rolu ləğv edilməyəcək, türk əsgəri Kiprdən çəkilməyəcək və Kipr Qəzza olmayacaq”, - deyə Tatar bildirib.

YUXARI