İQTİSADİYYAT26.9.2023 13:13

Türk lirəsi dollara nisbətdə tarixi minimumunu yeniləyib

3432

Sentyabrın 26-da türk lirəsi dollara nisbətdə tarixi minimumunu yeniləyib.

Birja məlumatları bunu təsdiqləyir.

Belə ki, bu günə dolların türk lirəsinə olan məzənnəsi 27,50 lirə səviyyəsinə çatıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü alış qiymətini 27.17 TL, satış qiymətini isə 27.22 TL olaraq müəyyən edib.

Qeyd edək ki, Türkiyə lirəsinin eyni zamanda Azərbaycan manatına nisbətdə də dəyəri ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 26-da açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0625 manata ticarət edilir.

İyun ayında Türkiyə Mərkəzi Bankı (TCBM) yüksək inflyasiya proqnozu dəyişənə qədər pul siyasətini sərtləşdirməyə davam edəcəyini bildirib. Bank avqust ayında uçot dərəcəsini dərhal 17,5 faizdən 25 faizə qaldırıb. Bu sayədə Türkiyənin milli valyutası bir qədər möhkəmlənərək bir dollara nisbətdə 26,6 lirə olmuşdu.

Sentyabr ayında ölkənin Türkiyənin vitse-prezidenti Cevdət Yılmaz bu ilin yekunlarına əsasən, ölkədə inflyasiyanın 65 faizə çata biləcəyini qeyd edib.

YUXARI