GÜNDƏM26.5.2023 10:00

Terroru törədən şəxslərin əsas məqsədi Əhməd Obalı və onun kimi şəxsləri qorxutmaqdır

1068

"Hesab edirəm ki, bu cənub qonşumuz ilə bağlı olan məsələdir". Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.

"Əhməd bəyin, Günaz TV-nin fəaliyyəti bütövlükdə və əsasən güneylə, güneyli soydaşlarımızın hüquqlarının qorunması, onların məsələlərini gündəmə gətirməklə bağlı olur. Bu anlamda hesab edirəm ki, Günaz TV xüsusilə güneydə diqqət mərkəzindədir. İran və onun aidiyyəti qurumları tərəfindən çox ciddi şəkildə izlənilir və onun rəhbər, çalışan heyəti də yəqin ki, diqqət mərkəzindədir. Amma əsas təbii ki, Günaz TV kimi böyük bir media qurumunu ərsəyə gətirən Əhməd Obalının özü və fəaliyyəti diqqət mərkəzindədir və bu fikirlər səslənir ki, İran hökumətinin bu işdə əli var. Düşünürəm ki, bunlar əsassız deyil. Əgər Günaz TV-nin hədəf qrupu İranla bağlı olan məsələdirsə və indiki İran da onun təbliğatından dolayı Günaz TV-yə çox qıcıqlı və narahatdırsa, o anlamda bu zorakılıq əməlinin İran rejiminə bağlı qüvvələr tərəfindən törədilmə ehtimalı yüksəkdir. Bu terrorda hadisəni törədən şəxslərin əsas məqsədi Əhməd Obalı və onun kimi şəxsləri qorxutmaqdır. Düşünürəm ki, onlar öz niyyətlərinə çata bilməyəcəklər. Əhməd bəy kifayət qədər mübarizə yolu keçmiş təcrübəli siyasətçidir və bunu edənlər öz istəklərinə çata bilməyəcəklər".

YUXARI