ELM VƏ TƏHSİL4.12.2023 23:15

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə sədr təyin olundu

32584

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Tural Əhmədov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Tural Əhmədov bundan öncə Elm və Təhsil Nazirliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, 27 dekabr 2021-ci il tarixində Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Ülkər Səttarova Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri təyin olunmuşdu.

YUXARI