Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığımızın inkişafı üçün bir sıra addımlar atılır.
Trend xəbər verir ki, bu bardə Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri İbrahim Yumaklı Bakıda keçirilən Türk Dövlətləri II Aqrobiznes Forumunda deyib.
"Kənd təsərrüfatı bu əməkdaşlığın inkişafına töhfə verəcək sahələrdəndir. Türk Dövləti Təşkilatı yeni dövlətlərin qoşulması ilə daha da güclənir. Ölkələrimiz arasında xüsusilə kənd təsərrüfatı sahəsinə üzə çıxarılmalı olan potensial mövcuddur. Bu sahədə ticarətin artıırılacağına inanıram. Ortaq toxum kataloqlarının yaradılması ilə toxum ticarətinin qarşısında dayanan əngəlləri aradan qaldıra bilərik. Təsərrüfat sığortası sistemi Azərbaycanda olduğu kimi, Özbəkistanda da qurulacaq. Bu istiqamətdə işlər başlayıb", - deyə nazir əlavə edib.
Qeyd edək ki, Bakıda İkinci Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlər Toplantısı və İkinci TürkAqro Biznes Forumu keçirilir.