ELM VƏ TƏHSİL22.11.2021 20:40

Tarix Muzeyində görkəmli bəstəkar Fikrət Əmirovun “Sevil” operasının proqramı və not dəftəri qorunur

864

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunda SSRİ Xalq artisti, bəstəkar Fikrət Əmirova məxsus materiallar (“Sevil” operasının proqramı və not dəftəri) qorunur. Bu barədə muzeydən məlumat verilib.

Bu gün bəstəkar Fikrət Əmirovun anadan olmasından 99 il ötür. Fikrət Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. Əvvəlcə Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbinin kompozisiya sinfində təhsil alıb. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə Fikrət Əmirov 1958-ci ildə Azərbaycan SSR, 1965-ci ildə SSRİ Xalq artisti, 1982-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adlarına layiq görülüb. SSRİ (1980) və Azərbaycan (1974) Dövlət mükafatları laureatı olub, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni (1967, 1971) ilə təltif olunub.

YUXARI