İQTİSADİYYAT19.11.2022 16:30

TAP vasitəsilə nəql olunan qazın həcmi açıqlanıb

163

Trans-Adriatik qaz kəmərinin (TAP) istifadəyə verilməsindən bu günədək Yunanıstan, Bolqarıstan və İtaliyaya 18 milyard kubmetrdən çox qaz nəql olunub.

Trend bu barədə bu gün TAP AG konsorsiumuna istinadən məlumat verir.

"Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə verə bilmək üçün TAP-ın buraxılış gücü mərhələli şəkildə iki dəfə artırıla bilər", - konsorsiumdan bildiriblər.

Qeyd edək ki, Azərbaycan qazını Avropaya daşıyan TAP vasitəsilə nəql 2020-ci il dekabrın 31-dən etibarən başlayıb.

YUXARI