ELM VƏ TƏHSİL26.6.2022 14:00

“Şuşa Şəhəri və Türk Sivilizasiyası: Tarixilik və Müasirlik” adlı beynəlxalq konfrans keçirilib

2002

Türk Dünyası Elmi Strateji Araşdırmalar Mərkəzinin (TDESAM) təşkilatçılığı ilə “Şuşa Şəhəri və Türk Sivilizasiyası: Tarixilik və Müasirlik” adlı Beynəlxalq Konfrans keçirilib. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdən və Krımdan (Ukrayna) Beynəlxalq Konfransda elmi məruzələrlə çıxış etmək istəyən alimlər qatılmışdı.

TDESAM-ın idarə heyətinin üzvi, Xəzər Universitetindən Doç.Dr. Xatirə Yusifova Beynəlxalq Konfransa müxtəlif ölkələrdən qatılan qonaqları salamlayaraq konfransı açıq elan etdi. Məruzələrin elmi istiqamətinə görə dörd müxtəlif panellərdə gerçəkləşən Beynəlxal Konfransda maraqlı müzakirələr dinlənildi. Şuşa şəhərinin türk dünyası üçün əhəmiyyəti, mədəni həyatı, tarixi, etnoqrafiyası, toponimkası, 44 günlük zəfər tarixi və digər müxtəlif sahələri əhatə edən elmi məruzələr ətrafında müzakirələr aparıldı.

Prof.Dr. Harun Yıldızın rəhbərlik etdiyi “Türk sivilizasiyası və Şuşa Şəhəri” adı 1-ci paneldə Türkiyədən qatılan alimlərin maraqlı tədqiqatları dinlənildi.

Daha sonra Özbəkistandan qatılan Prof.Dr. Dilafruz Kurbanovanın “Şuşa Şəhəri və Türk Mədəniyyəti” adlı panelində Orta Asiyanın türkdilli ölkələrinin alimləri maraqlı məruzələrlə çıxış etdi. Azərbaycandan Prof. Dr. Füzuli Qurbanov rəhbərlik etdiyi “Beynəlxalq Münasibətlər Sistemində Şuşa Zəfəri” adlı paneldə Şuşa zəfərinin Türk dünyası üçün əhəmiyyətini ifadə edən müxtəlif istiqamətli məruzələr dinlənildi.

Daha sonra TDESAM-ın idarə heyətinin üzvü Doç.Dr Mübariz Ağalarlının rəhbərlik etdiyi “İnformasiya Müharibəsi və Şuşa Zəfəri” adlı paneldə II Qarabağ savaşının yalınız hərb meydanında getmədiyini, həmdə informasiya müharibəsini özündə birləşdirən hibrid müharibə olaraq getdiyini məruzələriylə təsdiq edən alimlərin maraqlı çıxışları oldu.

Sonda “Şuşa Şəhəri və Türk Sivilizasiyası: Tarixilik və Müasirlik” Beynəlxalq Konfransının qərarı oxundu, məruzəylə çıxış edənlərə sertifikat verildi. TDESAM-ın idarə heyətinin sədri Məhəmməd Cəbrayılov Beynəlxalq Konfransda maraqlı məruzələrlə çıxış edən alimlərə təşəkkür etdi və konfrans materiallarının çap olunacağını bildirdi.

YUXARI