İQTİSADİYYAT27.1.2022 14:00

Sosial məsuliyyət istiqamətində stimullaşdırıcı tədbirlər nəzərdə tutula bilər - Fərid Qayıbov

13

Bu gün Azərbaycanda həm dövlət, həm də özəl şirkətlərdə sosial məsuliyyətin qəbul edildiyini görürk.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edərək həssas qruplara dəstək proqramlarının icrasına töhfəsini verən sosial tərəfdaşların mükafatlandırılması mərasimində deyib.

F.Qayıbov bildirib ki, dövlət tərəfindən görülən tədbirlər şirkətlərin sosial məsuliyyətində həvəsli davranmasını təşviq edir.

O qeyd edib ki, gənclər sahəsində də ayrı-ayrı şirkətlərin təqaüd proqramları həyata keçirməsi, gənclərin layihələrinin dəstəklənməsi hallarına rast gəlinir ki, bu da sevindirici haldır. "Mövcud qanunvericilik çərçivəsində sosial məsuliyyət istiqamətində həvəsləndirici və stimullaşdırıcı tədbirlər nəzərdə tutula bilər", - F.Qayıbov bildirib.

YUXARI