İQTİSADİYYAT2021.04.20 19:56

SOCAR İstiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib

7

19 aprel 2021-ci il tarixində nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi isə 5% olan SOCAR istiqrazlarının cari il üzrə 2-ci faiz ödənişləri həyata keçirilib.

Milli Depozit Mərkəzinin yaydığı məlumata görə, ödənişlərin ümumi məbləği 1 milyon 250 min dollar təşkil etmişdir.

Qeyd edək ki, 2016-ci ildə SOCAR tərəfindən buraxılan istiqrazların ödənişləri üzrə ödəniş agenti qismində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi çıxış edir.

YUXARI