İQTİSADİYYAT16.5.2021 11:47

SOCAR-da kütləvi ixtisarlarla bağlı – Rəsmi açıqlama

7

SOCAR-da kütləvi ixtisarlar başlayıb. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilir ki, 5 minə qədər işçinin işdən azad edilməsi gözlənilir. Eləcə də SOCAR-ın Kompleks Qazma İşləri Trestində çalışan 630 yaxın işçinin ixtisar ediləcəyi iddia edilib.

Məsələyə münasibət bildirən SOCAR-ın mətbut xidmətinin rəhbəri İbrahim Əhmədov deyib ki, keçən il neft sənayesində ağır il oldu, bir çox neft şirkəti işçi ixtisarlarına başladı, amma SOCAR bunu etmədi:

“Optimallaşma aparıldığına görə bir çox istiqamətlər üzrə işçi qüvvəsinə tələbat aşağı düşüb. Bizdə birinci rübdə qazma işləri təxminən 3-4 dəfə azalıb. Bu sahələrdə işçiyə tələbat azaldığı üçün bəzi işçilər fəaliyyətsiz qalıb. Buna baxmayaraq, şirkət onları gəlirsiz qoymayıb. Test üsulu ilə ən çox bal toplayan işçilər saxlanılıb, digərləri ilə də şirkət əlaqə saxlayır. Fəaliyətsiz qalan işçilər maaşın 50 faizini ala bilirlər".

YUXARI