MƏDƏNİYYƏT23.11.2022 15:00

Şirvanşahlar Sarayı Kompleksində “Qurama” adlı kitabın təqdimatı baş tutub

106

22 noyabr 2022-ci il tarixində Şirvanşahlar Sarayı Kompleksində “Milli Qurama Festivalı” çərçivəsində “Qurama” adlı kitabın təqdimatı baş tutub.

Bunu bu gün “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsindən bildiriblər. Açılış mərasimində “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə qonaqları salamlayaraq qurama sənətinin əhəmiyyətindən söz açıb. Həmçinin, bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov, fotojurnalist Rza Diqqəti də çıxış edərək qurama sənətinin tarixindən, bu sənət növünün yayılmasında görülən tədbirlərdən bəhs ediblər.

İki dildə təqdim olunan “Qurama” adlı kitabın müəllifi "İçərişəhər" Muzey Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikovadır.

Eyni vaxtda sərginin açılışı baş tutub.

Xatırladaq ki, 2022-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Milli Qurama Festivalı” keçirilib.

YUXARI