XƏBƏRLƏR10.6.2024 23:55

Simonyan erməni səfirlə görüşdü: Bakı ilə danışıqlar...

2989

Ermənistan parlamentinin spikeri Alen Simonyan və ABŞ səfiri Kristina Quinn arasında görüş olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan danışıqlarının gedişatı müzakirə edilib.

Bundan əlavə, görüşün gündəliyinə Ermənistan və ABŞ arasında parlamentlərarası əməkdaşlıq, eləcə də ikitərəfli əməkdaşlıqla bağlı bir sıra məsələlər daxil edilib.

Həmsöhbətlər Ermənistanda demokratiya, söz azadlığı və insan haqları sahəsində aparılan islahatlara toxunublar.

YUXARI