DÜNYA17.3.2023 23:48

Şiddətli döyüşlər gedir, bəzi mövqelərdə... - General

1750

Hazırda Kremennoy, Torski, Beloqorovka və Spornoe ərazilərində şiddətli döyüşlər davam edir, lakin Baxmut hərbi əməliyyatların episentri olaraq qalır. Axar.az xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

"Əslində bütün şərq cəbhə xəttində düşmən hücum əməliyyatları aparır, qoşunlarımızın müdafiəsini yarıb onların döyüş birləşmələrinin dərinliklərinə doğru irəliləməyə çalışır. Baxmutun şimalında, şərqində və cənubunda əsgərlərimizin cəsarəti sayəsində düşmən böyük itkilər verir və yenə də uğur qazanmadan geri çəkilir”, - Sırski bildirib.

O əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələrinin itkiləri var, lakin onlar düşmənin verdiyindən qat-qat azdır.

General bəzi mövqelərdə Ukrayna ordusunun uğur qazandığını da qeyd edib.

YUXARI