CƏMİYYƏT10.12.2023 04:00

Səhv etdim, baş nazir olan kimi deməliydim ki, Qarabağ…

5100

Biz hakimiyyətə gələndə hədəfimiz ondan ibarət olmalı idi ki, mahiyyət etibarilə o emosional qavrayışın (Qarabağın) reallaşması mümkünsüzdür. Günah bizimdir ki, xalqımızla bu haqda danışmamışıq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda partiyasının iclasında çıxış edərkən deyib.

“Problem ondadır ki, mən özüm də bir neçə səbəbdən o praqmatik reallıqla barışa bilməmişəm. Anladım ki, emosiya və romantizm bir şeydir, reallıq və praqmatizm başqa şeydir. Bizə miras qalmış danışıqlar vəziyyəti, o vəziyyətdə irəliləyişin yolu təkcə ərazilərin təhvil verilməsi və s. deyil, həm də Dağlıq Qarabağda yaradılmış “dövlət”in ləğvi idi. Mən ilk dəfə İstintaq Komitəsində bu barədə çox dəqiqliklə danışdım”, - Paşinyan bildirib.

Paşinyan o vaxt deyil, “Dağlıq Qarabağ hadisələrindən sonra” daha sərbəst danışa bildiyi üçün təəssüflənib:

“Mən o vaxt demişdim ki, “Dağlıq Qarabağın hakimiyyəti” həmin anda “Dağlıq Qarabağ”ı ləğv etsə də, əslində bu proses 2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklərin nəticəsidir və qaçılmaz idi”.

YUXARI