KRİMİNAL21.1.2023 14:17

Şəhidlər Xiyabanında insident yaradan şəxs inzibati həbs edildi

5328

Daxili İşlər Nazirliyi (DİN) Şəhidlər Xiyabanında baş verən insidentə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Trend-ə açıqlamasında bildirib ki, yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

Cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.

YUXARI