XƏBƏRLƏR17.4.2021 21:00

Sarkisyan Seçki Məcəlləsinə dəyişikliyi imzalamadı

591

Ermənistan prezidenti Armen Sarkisyan Seçki Məcəlləsinə dəyişikliyi imzalamayıb. Dialoq.info Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilib ki, “Ermənistan Respublikasının Seçki Məcəlləsinə” dəyişikliyin edilməsinə dair Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı parlamentin qəbul etdiyi sənədi Armen Sarkisyan imzalamaqdan imtina edib. Xatırladaq ki, sənəd layihəsinin təşəbbüskarı hakim komanda olub.

YUXARI