XƏBƏRLƏR27.3.2023 20:00

Şadlıq saraylarında sifarişlər azalıb, menyular isə bahalaşıb

1418

Bakıda şadlıq saraylarında menyular bahalaşıb. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, 2023-cü ilin ferval ayında şadlıq saraylarında sifarişlərin sayı 27.5 faiz azalıb.

Bununla yanaşı şadlıq saraylarında fevral ayında qiymətlər 5.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 6.5 faiz.

Qiyməti 40-80 faiz olan menyularda 5.7 faiz qiymət artımı müşahidə edilib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb.

YUXARI