CƏMİYYƏT8.12.2022 17:00

Sabah MDB ölkələrinin müdafiə nazirlərinin Moskvada görüşü olacaq

288

Dekabrın 9-da Moskvada Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin görüşü keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.

"Gündəliyə uyğun olaraq, tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, müdafiə sahəsində əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaq, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər", - deyə mətbuat xidmətinin bəyanatında deyilir.

YUXARI