ELM VƏ TƏHSİL14.5.2022 11:27

Sabah fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadasının final turu keçiriləcək

5367

Mayın 15-də respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının final turu keçiriləcək. Bu barədə Təhsil İnstitutundan bildirilib.

Müsabiqələrin keçirilməsində əsas məqsəd uşaqlar arasında sağlam rəqabət mühitinin yaradılması, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdlərin aşkara çıxarılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

YUXARI