MƏDƏNİYYƏT22.3.2023 18:24

Rusiyanın Yaroslavl şəhərində Novruz bayramı qeyd olunub

3957

Rusiyanın Yaroslavl şəhərində “Yaroslavl Azərbaycan Qadınları” İctimai təşkilatı və “Xəzər” rəqs ansamblı Novruz Bayramına həsr olunmuş bayram konserti keçirdilər. Tədbirdə milli ornamentlərimiz,şirniyyatlarmız,səməni, qədimi mis qablar ,xalçalar ,milli geyimlərimizlə bəzədilmiş guşəni başqa millətlərin nümayəndələrinə ,qonaqlara təqdim etməklə xalqımızın qədim tarixi köklərə mənsub olduğunu çatdırdılar .Yaroslavl regionu üzrə yerli dövlət qrumlarından dəvət olunmuş məsul şəxslərə,qonaqlara Novruz Bayramı adət və ənənələrimizdən məlumat verilib. 

Konsert proqramında gənclərin rəngarəng milli rəqsləri,mahnılar,keçəl-kosa əyləncəli personajları ,pəhləvanın ekstrimal çıxışları alqışlarla qarşılanıb. Tədbirdə Yaroslavl Vilayəti qubernator müşaviri Solovyov Dmitriy Vladimiroviç, Yaroslavl Vilayəti İctimai Əlaqələr üzrə Departamentinin  məsləhətçisi Viktor Leonidoviç  iştirak ediblər.Tədbirə gələn qonaqları Yaroslavl Azərbaycan Qadınları İctimai Təşkilatının sədri Xatirə Qəmbərova salamladıqdan sonra qonaqlara çıxış üçün söz verilib. Qonaqlar da öz növbəsində hər kəsi Novruz Bayramı münasibəti ilə təbrik edib,xoş arzularını bildiriblər. Səhnədə qonaqlara Azərbaycan mətbəxinin şirniyyatları ,hədiyyələr təqdim olunub.Gənclər təşkilatının rəhbəri Rəsmiyyə Orucova da çıxış edərək öz fəaliyyətlərindən bəhs edib.Tədbirin sonunda Xatirə Qəmbərova “Xəzər” rəqs ansamblının rəhbərləri Rəsmiyə Orucovanı və Təbriz Nəsibovu Fəxri Fərmanla təltif edib,onlara uğurlar arzulayıb.

YUXARI