CƏMİYYƏT2021.10.14 17:19

Rusiyalı politoloq Allahşükür Paşazadənin Rusiya səfərindən danışıb

30

“Rusiya və Azərbaycan üçün sülh və ənənəvi İslamı qorumaq prinsipial əhəmiyyət daşıyır. Çünki bu olmadan ölkə daxilindəki sabitliyi və ölkələrarası xoş münasibəti təmin etmək çətindir. Bu tendensiya xüsusilə Rusiyanin Şimali Qafqaz bölgəsi və Qafqazyanı ölkələr üçün olduqca vacibdir. Çünki əsirlərdir bu ərazilərdə müxtəlif konfessiyalar mövcuddur”. Bu fikirləri özəl olaraq “Azerforum.com”a rusiyalı jurnalist və politoloq Daniil Rubinoviç bildirib.

O deyib ki, Rus Pravoslav Kilsəsi Cənubi Qafqazda ədalətli sülhün bərqərar olmasına çalışır: “11 oktyabr 2021-ci ildə Moskva və bütün Rusiyanın müqəddəs patriarxı Kirilin dəvəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Rusiyaya səfərə gəlmişdir. Ali qonağın Vnukovo hava limanında və onu müşayiət edən nümayəndə heyətini Moskva Patriarxatı arximandrit Filaret (Bulekov) xarici kilsə əlaqələri şöbəsinin sədr müavini, eləcə də Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu qarşıladı. Oktyabrın 13-də Danilov monastırında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın müqəddəs patriarxı Kiril və bütün ermənilərin katolikosu II Qareginin Cənubi Qafqazda dini liderlərin sülhməramlı missiyasına həsr olunmuş üçtərəfli görüşü keçirilib. Moskva və Bütün Rusiyanın Patriarxı Kirill özünün, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekununa dair birgə bəyanat qəbul edib. Bu bəyanat Azərbaycan və Ermənistan xalqlarını birgə yaşmağa dəvət edir. Əlbəttə bunun üçün öncə barışıq, sülh lazımdır. Çox müsbət haldır ki, Rus Pravoslav Kilsəsi hər iki xalqın barışması və Cənubi Qafqazda ədalətli sülhün bərqərar olması üçün kömək etməyə hər zaman hazırdır. Bu, eyni zamanda Rusiya dövlətinin istəyidir. İnanrıam ki, din  xadimlərinin bu görüşü Azərbaycan və Ermənistan xaqlarının, eləcə də dövlətlərinin barışığı üçün sülh danışıqlarının yeni başlanğıc mərhələsi olacaq”.

Rusiyalı politoloq bildirib ki, Azərbaycandakı qeyri-isami dinlər olan tolerant münasibət sülh üçün böyük imkanların olduğunu göstərir: “Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi abidələr qorunur və dövlət səviyyəsində diqqətdə saxlanılır. Bildiyim qədər ilə Azərbaycanda 16 kilsə var. Həmçinin xristian icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Bu da Azərbaycanda xristian dininə verilən dəyərdir. Hətta işğaldan azad edilmiş ərazilərdəki müsəlman abidələri ilə yanaşı, xristian mirası da mənşəyindən asılı olmayaraq bərpa olunur. Sevindirici haldır ki, bu ilin iyulunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər zamanı Rus Pravoslav kilsəsini ziyarət də ediblər. Həmin zaman Azərbaycandakı xristian dini icmaların rəhbərləri Şuşada rus pravoslav kilsəsində birgə dua mərasimində iştirak ediblər. Bütün bunlar Azərbaycanda xristian dini icmalarına yaradılan şəraitin müsbət nümunələridir.

Öz növbəsində Rusiyada ərazisində islam dini mirasının qorunmasını daim diqqətdə saxlanılır. Statistik məlumatlara görə, Rusiya Federasiyasında təxminən 23 milyon müsəlman yaşayır. Bu da Rusiya əhalisinin 15 faizi deməkdir. Ölkədə 8 min məscid var. Bu hesabla Rusiyada 2875 müsəlmana bir məscid düşür.

Dinlərimiz ayrı olmasına baxmayaraq Rusiya sülh və qardaşlıq yolunda, hər hansı radikalizmə qarşı mübarizə aparıb”.

“Azərbaycanda dini vəziyyət çox spesifikdir” deyən Daniil Rubinoviçin fikrincə, bu vəziyyətdə Azərbaycan daxilində və Azərbaycan ilə digər ölkələr arasında islam dininin radikallaşmasının qarşısının alınmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin xüsusi rolu vardır: “1980-ci illərin sonlarında Qarabağda kəskinləşmə zamanı Allahşükür Paşazadə bütün ermənilərin katolikosu I Vazgen ilə danışıqlar aparırdı. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda müharibə zamanı və hərbi əsirlər Allahşükür Paşazadənin və II Qareginin Moskvada görüşünün gündəliyində də bu məsələ var.

Allahşükür Paşazadə Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya dini liderlərinin sammitlərinin keçirildiyi Azərbaycanda dinlərarası dialoqa böyük diqqət yetirir. 2019-cu ildə Bakıda II belə zirvə görüşü keçirilməzdən əvvəl Allahşükür Paşazadə Dini ekstremizm təhlükəsini bəyan edib. Allahşükür Paşazadənin təcrübəsini və nüfuzunu nəzərə alaraq, Rusiya və Azərbaycan dini institutları arasında qarşılıqlı fəaliyyətin davam etdiriləcəyini və regiondakı vəziyyətə müsbət təsir göstərəcəyini düşünməyə əsas var. Danilov monastırında bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə danışıqların müsbət nəticələnməsinə əminəm”.

YUXARI