İDMAN27.5.2022 19:40

Rusiya və Belarus milli komandaları dünya çempionatından kənarlaşdırıldı

619

Beynəlxalq Hokkey Federasiyası (IIHF) Rusiya Belarus milli komandalarını 2023-cü il dünya çempionatında iştirakdan kənarlaşdırıb.

Trend-in məlumatına görə, bu barədə federasiyanın mətbuat xidməti bildirib.

Qeyd edək ki, hər iki ölkə bu ilki dünya çempionatından kənarlaşdırılıb.
2023-cü il dünya çempionatının Rusiyada keçirilməsi nəzərdə tutulsa da, bu qərar da ləğv edilib.

Yeni qərara əsasən, gələn il turnir Latviya və Finlandiyada keçiriləcək.

YUXARI