DÜNYA23.11.2021 23:55

Rusiya və ABŞ Baş Qərargah rəisləri beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

582

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "23 noyabr 2021-ci il tarixində Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli arasında telefon danışığı olub".

Bildirilir ki, telefon danışığı zamanı tərəflər beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər.

YUXARI