XƏBƏRLƏR13.10.2021 14:15

Rusiya Laçında ermənilərə yardım payladı

601

Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin hərbçiləri çoxuşaqlı ailələr və çətin həyat şəraitində olan ermənilərə humanitar yardım göstəriblər.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Sülhməramlıların “Mersi” xeyriyyə təşkilatı ilə Laçında aksiya keçirdiyi bildirilib.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Sergey Vladimirov ehtiyacı olan ailələrə ərzaq, geyim, ayaqqabı yardımı etdiklərini bildirib..

Ayın əvvəlindən indiyədək 4 humanitar aksiyanın keçirildiyi vurğulanıb. Aksiyaların Xankəndi, Xocavənd və Laçında baş tutduğu qeyd edilib.

YUXARI