Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Əbu-Dabidə keçirilən danışıqlarda "OPEC+" çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Trend-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Onlar yenidən OPEC+ çərçivəsində əməkdaşlıq haqqında danışıblar. Tərəflər razılaşıblar ki, beynəlxalq enerji bazarını lazımi səviyyədə, sabit, proqnozlaşdırıla bilən vəziyyətdə saxlamaq üçün ölkələrimiz qarşılıqlı fəaliyyət üçün böyük məsuliyyət daşıyırlar", - deyə o bildirib.
D.Peskov qeyd edib ki, bu əməkdaşlıq davam edəcək.