DÜNYA15.6.2021 11:31

Rusiya bilir ki, hücum etsə, dünya savaşı başlayacaq

518

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamaqda maraqlı deyil. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib.

“Bu gün təəssüf ki, fəsadlara hazır olmalıyıq. Bunun olacağını düşünmürəm, ancaq sentyabr ayının ortalarında “Qərb-2021” (Rusiya və Belarusun birgə hərbi təlimləri - red.) keçiriləcəyi təqdirdə, təxribat ehtimalı var.

Rusiyanın genişmiqyaslı müharibəyə maraqlı olmadığını düşünürəm, çünki Ukraynanın geri çəkilməyəcəyini və bunun III Dünya müharibəsi ilə nəticələnə biləcəyini başa düşür", - Zelenski qeyd edib.

YUXARI