ELM VƏ TƏHSİL29.9.2022 20:00

Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar

2828

Riyaziyyat və Mexanika İnstitutunda “Navye-Stoks tənliklərinin modifikasiyalarının riyazi analizi” mövzusunda elmi seminar keçirilib.

Bu barədə institutdan məlumat verilib.

Alim və mütəxəssislərin iştirak etdikləri seminarda professor Vərqə Kələntərovun mövzu üzrə məruzəsi dinlənilib. Məruzədə hidrodinamikanın müxtəlif dinamik problemlərini ifadə edən Navye-Stoks tənliklərinin modifikasiyası üçün başlanğıc-sərhəd məsələlərinin həllərinin qlobal xassələri araşdırılır.

YUXARI